Bakı. Trend:
Amerikada dini geri qaytarmalıyıq.
Trend-in məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp Vaşinqtondakı İncil Muzeyində çıxışı zamanı deyib.
O bildirib ki, Amerika iman üzərində qurulub və iman zəiflədikcə ölkə də zəifləyir.
“Biz Tanrıya məxsus millətik və həmişə də olacaq. Biz Amerikada dini əvvəlkindən daha güclü şəkildə qaytarmalıyıq”, - deyə Tramp əlavə edib.
ABŞ Prezidenti ailəsinə məxsus İncili İncil Muzeyinə bağışladığını qeyd edib.