Bakı. Trend:
AZCON Holding şirkətlərindən olan ADY yay aylarında qatarları ilə 11 minə yaxın turist səfər edib.
Trend xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.
Qeyd edilib ki, ADY ilə bu yay səfər etmiş xarici sərnişinlərin
sayı ötən ilin eyni dövrü ilə müqayisədə 25% çox olub.