...

Xaçmazda növbəti səyyar qəbul Qadaşoba kəndində keçirilib (FOTO)

Cəmiyyət Materials 8 Sentyabr 2025 17:39 (UTC +04:00)
Xaçmazda növbəti səyyar qəbul Qadaşoba kəndində keçirilib (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Rayon Polis Şöbəsinin rəisi Samir Məcidov, idarə və müəssisə rəhbərlərinin iştirakı ilə Qadaşoba kəndində səyyar qəbul keçirib.

Trend xəbər verir ki, qəbulda Qımılqışlaq İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Qadaşoba, Qımılqışlaq, Mollabürhanlı, Çuxuroba, Maşıoba, Mirzəmmədqışlaq, Ağarəhimoba, Şıxlar və Hacıisaoba kəndlərinin sakinləri iştirak edib.

Sakinlər əvvəlki səyyar qəbullarda qaldırılan bəzi məsələlərin həlli istiqamətində görülən işlərə görə təşəkkürlərini bildiriblər. Həmçinin elektrik təsərrüfatının yenilənməsi, qaz təchizatının bərpası, yolların təmiri və məktəb binasının yenilənməsi ilə bağlı müraciətlər səsləndiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti