...

Aİ Rusiyanın enerji və bank sektoruna qarşı daha sərt sanksiyaları nəzərdən keçirir

Dünya xəbərləri Materials 8 Sentyabr 2025 12:52 (UTC +04:00)
Aİ Rusiyanın enerji və bank sektoruna qarşı daha sərt sanksiyaları nəzərdən keçirir
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı Rusiya iqtisadiyyatının bank və enerji sektoruna qarşı yeni sanskiyalar tətbiq edə bilər. Söhbət qarşıda gözlənilən sayca 19-cu sanksiyalar paketindən gedir.

Trend xəbər verir ki, bu barədə “Bloomberg” öz mənbələrinə istinadən məlumat yayıb.

“19-cu olacaq bu (məhdudlaşdırıcı) tədbirlər paketinə Rusiyanın ödəniş sistemlərinə və kredit kartlarına, kriptovalyuta birjalarına qarşı sanskiyalar, eləcə də, neft ticarətinə əlavə məhdudiyyətlər daxil edilə bilər”, -deyə məlumatda qeyd olunur.

Bundan başqa, Avropa İttifaqı Rusiyadan olan neft şirkətlərinə qarşı məhdudlaşdırıcı ölçüləri sərtləşdirməyi nəzərdən keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti