...

Azərbaycanın vahid xəzinə hesabının sərbəst qalığı artıb

İqtisadiyyat Materials 8 Sentyabr 2025 16:19 (UTC +04:00)
Azərbaycanın vahid xəzinə hesabının sərbəst qalığı artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin iyulun 1-nə vahid xəzinə hesabının sərbəst qalığı 4,515 milyard manat olub və bu, ilin əvvəli ilə müqayisədə 2,677 milyard manat artıb.

Bu barədə Trend Hesablama Palatasının "2025-ci ilin altı ayı üzrə dövlət büdcəsinin icrasının təhlilinə dair yarımillik məlumata xülasə"nə istinadən xəbər verir.

Qeyd edilib ki, sərbəst qalığın artması yanvar və aprel aylarında əhəmiyyətli profisit və bu aylarda kəsirin maliyyələşdirilməsindən daxilolmalarla (özəlləşdirilmə və xaricdən cəlb edilən kreditlər hesabına) əlaqəli olub.

"Hesabat dövründə ilk dəfə olaraq dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə aprel ayından başlayaraq vahid xəzinə hesabının milli valyutada olan sərbəst qalığının yerli banklarda depozitə yerləşdirilməsi üçün depozit hərracları təşkil edilib,1 iyul tarixinə bu depozitlər 2,5 milyard manat olub. Bu əməliyyatlar bankların likvidliyinə artırıcı təsir göstərmiş, izafi likvidliyin aradan qaldırılması məqsədilə Mərkəzi Bank hesabat dövründə sterilizasiya əməliyyatlarını (repo və depozit hərracı) diqqətdə saxlayıb. Sərbəst qalıq vəsaitlərinin idarəedilməsindən daxilolmalar hesabat dövründə 1,4 milyon manat proqnoza qarşı 23,4 milyon manat icra edilb ki, bunun da 14,6 milyon manatı əvvəlki ildə DNF-ə idarəetməyə verilmiş vəsaitlər üzrə hesablanmış gəlirlərdir (DNF-in məlumatlarına əsasən). Qeyd edək ki, bu mənbə üzrə illik proqnoz 10 milyon manat təsdiq edilib", - deyə məlumatda bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti