...

Rusiyanın bu şəhəri su altında qalıb

Dünya xəbərləri Materials 8 Sentyabr 2025 17:22 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın Zabaykal diyarına düşən aramsız yağışlardan sonra çayın məcrasından çıxması nəticəsində Çita şəhərinin bir çox yerləri daşqın suları altında qalıb.

Trend xəbər verir ki, bu barədə Rusiya FHN regional idarəsinin mətbuat xidməti məlumat yayıb.

Kəskin hava şəraiti Çitinka çayının daşmasına səbəb olub. Məlumata görə, suyun səviyyəsi 2,8 metrə qalxıb. Sentyabrın 9-da Çitinkada su səviyyəsinin daha bir metr artacağı, maksimal səviyyənin 4,2 metr təşkil edəcəyi gözlənilir.

Çitada güclü daşqınlar səbəbindən Lazo küçəsindəki dəmir yolu körpüsünün altından keçən yolu su basıb. Bildirilir ki, avtomobillər sanki dalğaları yara-yara hərəkət edirlər. Hazırda həmin hissədə hərəkət tamamilə dayandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti