...

Sürücü diqqətsizliyi svetoforun yararsız vəziyyətə düşməsinə səbəb oldu (VİDEO)

Hadisə Materials 8 Sentyabr 2025 19:11 (UTC +04:00)
Sürücü diqqətsizliyi svetoforun yararsız vəziyyətə düşməsinə səbəb oldu (VİDEO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün günorta saatlarında paytaxtın Binəqədi rayonu, Binəqədi şosesi ilə Zahid Qəmbərov küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, qəza səbəbindən 1 ədəd svetofor obyekti yararsız vəziyyətə düşüb.

Yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkətini təmin etmək üçün Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən yararsız vəziyyətə düşmüş svetoforun yenisi ilə əvəz edilməsi işləri görülür.

Xəbər lenti

Xəbər lenti