...

Kəndin hər cığırına bələdəm - Vəngli sakini

Cəmiyyət Materials 8 Sentyabr 2025 16:02 (UTC +04:00)
Kəndin hər cığırına bələdəm - Vəngli sakini
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdərə. Trend:

Bu torpaqlarda doğulmuşam. Kəndin hər cığırına bələdəm. Allaha şükür, illər sonra həsrətimiz sona çatdı. Biz doğma kəndimizə qovuşduq.

Bu sözləri Ağdərə rayon Vəngli kəndinə köçən Quliyeva Kifayət Trend-ə müsahibəsində deyib.

O, doğma kəndlərini tərk edəndə 22 yaşında olduğunu, indi isə övladları və nəvələri ilə qayıtdığını deyib:

"Çox çətin illər yaşadıq. Lakin buna baxmayaraq, hər şey geridə qaldı. Evimizdə hər bir şərait yaradılıb.

Demək olar ki, heç bir çatışmazlıq yoxdur. Allah cənab Prezidentimizi qorusun. Şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Qazilərimizə can sağlığı arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti