...

"Bir kəmər, bir yol" təşəbbüsü Azərbaycanla əməkdaşlıq üçün yeni perspektivlər açır - Çin səfiri

İqtisadiyyat Materials 8 Sentyabr 2025 15:58 (UTC +04:00)
"Bir kəmər, bir yol" təşəbbüsü Azərbaycanla əməkdaşlıq üçün yeni perspektivlər açır - Çin səfiri
Aygün Bəliyarli
Aygün Bəliyarli
Bütün xəbərlər

Bakı. Trend:

ÇXR-nin Azərbaycandakı səfiri olaraq Çin və Azərbaycanın praqmatik əməkdaşlıq üçün böyük potensial və perspektivlərə malik olduğuna əminəm.

Trend xəbər verir ki, bunu Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Lu Mey Bakıda keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Çin səfəri zamanı hər iki ölkənin liderləri əməkdaşlığın gücləndirilməsi istiqamətində dərin fikir mübadiləsi aparıblar.

“Si Cinpin milli inkişaf strategiyalarının uzlaşdırılmasının sürətləndirilməsinin, "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində yüksək keyfiyyətli əməkdaşlığın inkişaf etdirilməsinin, ticarət və investisiyaların liberallaşdırılması və sadələşdirilməsinin, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun buraxılış qabiliyyətinin davamlı artırılmasının əhəmiyyətini vurğuladı. O, həmçinin, infrastruktur, kənd təsərrüfatı və energetika kimi ənənəvi sahələrdə əməkdaşlığın genişləndirilməsinin, eyni zamanda, rəqəmsal iqtisadiyyat, "yaşıl" inkişaf və süni intellekt kimi sahələrdə yeni inkişaf nöqtələrinin formalaşdırılmasının zəruriliyini qeyd edib”, - deyə Lu Mey vurğulayıb.

Diplomat əlavə edib ki, təhsil, elmi-texniki, mədəni, turizm, gənclər və regionlararası əməkdaşlığın gücləndirilməsi də az əhəmiyyətli deyil. Bu, resursların toplanmasına və ikitərəfli münasibətlərin uzunmüddətli inkişafı üçün möhkəm təməlin qoyulmasına imkan yaradacaq.

“Əminliklə demək olar ki, Çin-Azərbaycan hərtərəfli strateji tərəfdaşlığı geniş perspektivlərə və təsirli imkanlara malikdir. Çin tərəfi dövlət başçılarının diplomatiyasına və ali səviyyədə əldə olunmuş razılaşmalara əsaslanaraq, Azərbaycan tərəfdaşları ilə birlikdə qarşıya qoyulan vəzifələrin uğurla icrası və əməkdaşlığın daha da dərinləşdirilməsi üçün bütün səyləri göstərməyə hazırdır”, - deyə səfir qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti