...

Məktəbli formalarının əldə edilməsi üçün seçim sərbəstdir - AÇIQLAMA

Cəmiyyət Materials 8 Sentyabr 2025 13:19 (UTC +04:00)
Məktəbli formalarının əldə edilməsi üçün seçim sərbəstdir - AÇIQLAMA
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Ümumi təhsil müəssisələrində tətbiq edilən vahid məktəbli geyimlərinin əldə edilməsinin asanlaşdırılması və valideynlər üçün əlçatanlığın təmin edilməsi məqsədilə Bakı şəhəri üzrə 29 satış məntəqəsi fəaliyyət göstərir.

Trend bu barədə Bakı şəhəri üzrə Təhsil idarəsinə istinadən xəbər verir.

Bildirilib ki, vətəndaşlar onlara ən yaxın istənilən satış məntəqəsinə müraciət edə bilərlər.

Məktəbli formalarının əldə edilməsi üçün seçim sərbəst şəkildə həyata keçirilir. Valideynlərin məqsədli şəkildə hansısa satış məntəqəsinə yönləndirilməsi yolverilməzdir.

Valideynlər məktəbli formaları ilə bağlı hər hansı sual və ya müraciətləri olduğu halda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 146-1 Çağrı Mərkəzi vasitəsilə anonim olmadan məlumat verə bilərlər.

Qeyd edək ki, 2022-ci ildə hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası tərəfindən 4 növ geyim formasından birinin tətbiqi ilə bağlı müvafiq qərar qəbul edib. Valideynlər İdarənin Çağrı Mərkəzi, eləcə də övladlarının təhsil aldığı məktəbdən bu barədə ətraflı məlumat əldə edə bilərlər.

Valideynlər aşağıda qeyd edilən keçid vasitəsilə Bakı şəhəri üzrə məktəbli formalarının satış məntəqələri ilə tanış ola bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti