...

İnformasiya və rabitə sektoru üzrə biznes kredit portfeli 18% böyüyüb

İqtisadiyyat Materials 8 Sentyabr 2025 15:42 (UTC +04:00)
İnformasiya və rabitə sektoru üzrə biznes kredit portfeli 18% böyüyüb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin avqustun 1-nə Azərbaycan banklarının informasiya və rabitə sahəsinə verilmiş biznes kredit portfeli 679,8 milyon manat təşkil edib.

Trend bu barədə Mərkəzi Bankdan məlumat əldə edib.

Sözügedən sahə üzrə kredit portfeli aylıq müqayisədə 9,5 milyon manat və ya 1,4%, ötən ilin eyni dövrü ilə nisbətdə isə 104,7 milyon manat 18,2% artıb.

Belə ki, informasiya və rabitə sektoru üzrə banklar tərəfindən verilmiş biznes kreditlərin məbləği 2025-ci ilin iyulun 1-nə 670,3 milyon manat, ötən ilin avqustun 1-nə isə 575,1 milyon manat təşkil etmişdi.

Qeyd edək ki, cari ilin avqust ayının 1-nə Azərbaycanda bankların kredit portfeli 0,1% və ya 26 milyon manat artaraq 28,498 milyard manat olub. Kredit portfelinin 15,056 milyard manatı biznes kreditləri, 9,002 milyard manatı istehlak kreditləri, 4,440 milyard manatı isə ipoteka kreditləri təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti