Bakı. Trend:
23-30 sentyabr aralığında İran prezidenti Məsud Pezeşkian Nyu-Yorkda BMT-nin yaradılmasının 80 illiyinə həsr olunan iclasında iştirak edəcək.
Trend-in məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün Tehranda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ötən illərdə olduğu kimi, BMT Baş Assambleyasının sammitindən beynəlxalq səviyyədə İranın mövqeyinin bəyan olunması üçün istifadə olunacaq.
Bəqai bildirib ki, İran prezidentinin səfər proqramının detalları sonradan elan olunacaq. Xarici İşlər Nazirliyi BMT-dəki nümayəndəliyi vasitəsi ilə lazımi koordinasiya işlərini həyata keçirib.