Bakı. Trend:
FIBA Avropa çempionatının (EuroBasket 2029) ilkin təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
Basketbol Federasiyasından Trend-ə bildirilib ki, püşkün nəticəsinə əsasən, Azərbaycan yığması A qrupunda mübarizə aparacaq.
Bu qrupda rəqiblər Şimali Makedoniya, Lüksemburq və İrlandiya olacaq.
Ümumilikdə turnirdə 3 qrup formalaşdırılıb. B qrupunda Bolqarıstan, Ermənistan və Norveç, C qrupunda isə Slovakiya, Albaniya və Kosovo yer alıb.
A qrupunda komandalar ev və səfər prinsipi ilə ümumilikdə 6 oyun keçirəcəklər. B və C qruplarında isə hər komanda 4 oyuna çıxacaq.
Sonda hər qrupun qalibi növbəti mərhələyə birbaşa vəsiqə qazanacaq. Bundan əlavə, ikinci yerlərdən birini tutan ən yaxşı göstəriciyə malik komanda da mübarizəni davam etdirmək hüququ əldə edəcək.