...

Sənaye sahəsi üzrə biznes kredit portfeli kiçilib

İqtisadiyyat Materials 8 Sentyabr 2025 13:51 (UTC +04:00)
Sənaye sahəsi üzrə biznes kredit portfeli kiçilib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin avqustun 1-nə Azərbaycan banklarının sənaye sahəsinə verilmiş biznes kredit portfeli 2,615 milyard manat təşkil edib.

Trend bu barədə Mərkəzi Bankdan məlumat əldə edib.

Sözügedən sahə üzrə kredit portfeli aylıq müqayisədə 72,6 milyon manat və ya 2,7%, ötən ilin eyni dövrü ilə nisbətdə isə 77,6 milyon manat 2,9% azalıb.

Belə ki, sənaye sahəsi üzrə banklar tərəfindən verilmiş biznes kreditlərin məbləği 2025-ci ilin iyulun 1-nə 2,688 miyard manat, ötən ilin avqustun 1-nə isə 2,693 milyard manat təşkil etmişdi.

Qeyd edək ki, cari ilin avqust ayının 1-nə Azərbaycanda bankların kredit portfeli 0,1% və ya 26 milyon manat artaraq 28,498 milyard manat olub. Kredit portfelinin 15,056 milyard manatı biznes kreditləri, 9,002 milyard manatı istehlak kreditləri, 4,440 milyard manatı isə ipoteka kreditləri təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti