...

Naxçıvanın büdcəsində ilk 6 ayda xərclər proqnozdan aşağı olub

İqtisadiyyat Materials 8 Sentyabr 2025 17:47 (UTC +04:00)
Naxçıvanın büdcəsində ilk 6 ayda xərclər proqnozdan aşağı olub
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin ilk 6 ayında Naxçıvan Muxtar Respublikasının büdcə xərcləri dövr üçün proqnoza qarşı 84,4% icra edilərək 203,2 milyon manat olub. Hesabat ilinin ilk 6 ayında Naxçıvan Muxtar Respublikası büdcəsində funksional təsnifatın bütün bölmələri üzrə icra edilmiş xərc məbləği dövrün proqnozundan aşağı olub.

Trend xəbər verir ki, bu barədə Hesablama Palatasının muxtar respublikanın büdcəsinin icrasına dair altı aylıq təhlilində qeyd olunub.

Bildirilib ki, hesabat dövründə əhəmiyyətli dərəcədə aşağı icra olunması yolların, tikililərin və digər qurğuların əsaslı təmiri ilə bağlı layihələrin, eləcə də ümumilikdə tikinti-infrastruktur layihələrinin faktiki olaraq icra edilmədiyini və ya ləngidiyini deməyə əsas verir.

Eyni zamanda, qeyd edilib ki, 2025-ci ilin ilk yarımilində Naxçıvan Muxtar Respublikasının ehtiyat fondu üzrə 3,5 milyon manat proqnozlaşdırılıb, hesabat dövründə qəbul edilmiş sərəncamlara əsasən 34 istiqamət üzrə 3,2 milyon manat vasaitin bölgüsü həyata keçirilib. Hesabat dövrü ərzində bölgüsü həyata keçirilmiş 3,2 milyon manatın 52,3%-i icra edilib.

"Ehtiyat fondundan istifadə edimiş vəsaitin həcmi qanunvericiliklə müəyyən edilmiş hədd çərçivəsində olub", - deyə məlumatda vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti