Bakı. Trend:
Böyük Britaniyanın yeni daxili işlər naziri Şabana Mahmud bəyan edib ki, vətəndaşlarını geri qəbul etməyən ölkələrin vizaları dayandırıla bilər.
Trend BBC-yə istinadən xəbər verir ki, hökumət La-Manş boğazından kiçik qayıqlarla ölkəyə gələnlərin sayını azaltmaq istiqamətində güclü təzyiq altındadır.
Yeni nazirin işdə ilk tam günü olan şənbə günü 1097 nəfərin Britaniyaya daxil olduğu bildirilib ki, bu da indiyədək qeydə alınmış ən yüksək göstəricilərdən biridir.
Nazir vəzifəyə təyin olunandan sonra ilk çıxışında əsas prioritetin Böyük Britaniya sərhədlərinin təhlükəsizliyini qorumaq olduğunu bildirib.
O qeyd edib ki, əgər bir ölkə öz vətəndaşlarını geri qəbul etməyə razı deyilsə, daha sərt addımlar atılmalıdır.
Nazir onu əlavə edib ki, bu, gələcəkdə həmin ölkələr üçün vizaların verilməməsi demək ola bilər.