Bakı. Trend:
Türkiyənin İzmir vilayətinin Balçova rayonunda polis bölməsinə silahlı hücumla bağlı aparılan istintaq çərçivəsində 9 nəfər saxlanılıb.
Trend-in məlumatına görə, hücumu törədən 16 yaşlı şəxsin evindən mobil telefonu və kompüteri götürülüb.
Həmin şəxsin ailesinin təxminən 30 il əvvəl Kayseridən İzmirə köçdüyü öyrənilib.
Qeyd edək ki, 16 yaşlı yeniyetmə atasının ov tüfəngi ilə hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açıb. Polis rəisi və zabitlərdən biri həlak olub, daha iki təhlükəsizlik əməkdaşı yaralanıb, birinin vəziyyəti ağırdır. İzmir Baş Prokurorluğu genişmiqyaslı araşdırmalara başlayıb.