...

Netanyahu Qəzza sakinlərini şəhəri tərk etməyə çağırıb

Dünya xəbərləri Materials 8 Sentyabr 2025 22:15 (UTC +04:00)
Netanyahu Qəzza sakinlərini şəhəri tərk etməyə çağırıb

Bakı. Trend:

İsrail ordusu tezliklə Fələstinin Qəzza şəhərinə geniş miqyaslı hücuma keçəcək və buna görə yerli sakinlər dərhal oranı tərk etməlidirlər.

Trend-in məlumatına görə, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu videomuraciəti zamanı deyib.

O xatırladıb ki, son bir neçə gün ərzində İsrail ordusu Qəzzada bir neçə hündürmərtəbəli binanı dağıdıb. İsrail tərəfinin bildirdiyinə görə, bu hündürmərtəbəli binalar HƏMAS hərəkatının silahlıları tərəfindən hərbi məqsədlər üçün istifadə olunur. Baş nazirin sözlərinə görə, İsrail Hərbi Hava Qüvvələri artıq iki gün ərzində Qəzzada 50 hündürmərtəbəli binanı dağıdıb.

"Bütün bunlar yalnız giriş hissəsidir, əsas intensiv hərbi əməliyyatlara – hazırda toplanan və hazırlıq görən qoşunlarımızın Qəzza şəhərindəki quru manevrinə bir başlanğıcdır. Bununla əlaqədar olaraq fürsətdən istifadə edir və Qəzza sakinlərinə deyirəm: 'Diqqətlə qulaq asın, sizi xəbərdar ediblər, oranı tərk edin!'" – deyə B.Netanyahu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti