...

İran XİN və AEBA rəhbərləri bu həftə görüşməyi planlaşdırırlar

Dünya xəbərləri Materials 9 Sentyabr 2025 05:31 (UTC +04:00)
İran XİN və AEBA rəhbərləri bu həftə görüşməyi planlaşdırırlar

Bakı. Trend:

İranın xarici işlər naziri Abbas Araqçi bu həftə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) baş direktoru Rafael Qrossi ilə yeni əməkdaşlıq sazişini müzakirə etmək üçün görüşməyə hazırlaşır.

Trend-in məlumatına görə, bu barədə İran KİV-ləri xəbər verib.

"Araqçi yeni əməkdaşlıq sazişini yekunlaşdırmaq üçün bu həftə Qrossi ilə görüşəcək", - deyə bildirilib.

Qeyd edilib ki, görüş İranın nüvə proqramı ilə bağlı diplomatik sülhün bərpasında dönüş nöqtəsi ola bilər. Yekun razılaşma İranın zənginləşdirilmiş uran ehtiyatı ilə bağlı artan narahatlıqlar fonunda daha da gərginliyin qarşısını ala, Avropadan gələn təzyiqləri azalda və Tehranla AEBA arasında etimadı bərpa edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti