...

Britaniyanın təyyarədaşıyan gəmisi Cənubi Koreya sahillərində təlimlər keçirib

Dünya xəbərləri Materials 9 Sentyabr 2025 08:16 (UTC +04:00)
Britaniyanın təyyarədaşıyan gəmisi Cənubi Koreya sahillərində təlimlər keçirib

Bakı. Trend:

Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələrinə məxsus "Uels Şahzadəsi" təyyarədaşıyan gəmisi Cənubi Koreyanın Pusan şəhərinin cənubunda beynəlxalq sularda təlimlər keçirib.

Trend-in məlumatına görə, bu barədə "Yonhap" agentliyi Böyük Britaniyanın Seuldakı səfirliyinə istinadən bildirib.

Məlumata əsasən, təlimlərə F-35B təyyarələri cəlb olunub. Təyyarədaşıyan gəmi bu qırıcılardan 24-ə qədərini daşıya bilər. Təlim zamanı “aviasiya imkanlarının nümayişi” baş tutub.

Böyük Britaniyanın Seuldakı səfiri bildirib ki, təlim Böyük Britaniyanın Koreya Respublikası ilə əməkdaşlığının səviyyəsini və Londonun “strateji tərəfdaşlığımızı dərinləşdirməyə və regionun təhlükəsizlik arxitekturasına mənalı töhfə verməyə” hazır olduğunu nümayiş etdirir.

Təyyarədaşıyan gəminin təxminən 700 nəfərlik ekipajdan ibarətdir və orada 1600-ə qədər hərbi qulluqçu yerləşdirilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti