Bakı. Trend:
Amerika tərəfi avropalı həmkarlarına, Qərb ölkələrinin fikrinə görə, Rusiyadan da gələn dezinformasiya ilə mübarizədə əməkdaşlıq üzrə birgə fəaliyyət planından çıxdığını bildirib.
Trend-in məlumatına görə, bu barədə "Financial Times" öz mənbələrinə istinadən xəbər verib.
Məlumata əsasən, ötən həftə Avropa ölkələri ABŞ Dövlət Departamentindən Vaşinqtonun ABŞ prezidenti Co Baydenin administrasiyası dövründə imzalanmış müvafiq memoranduma xitam verdiyi barədə məlumat alıb.
Qeyd olunub ki, sənəd “xarici dövlətlər tərəfindən xaos səpmək məqsədilə yayılan zərərli məlumatlara” qarşı mübarizəyə vahid yanaşma nəzərdə tutub.
Bildirilib ki, belə ölkələrin siyahısına Rusiyadan başqa, xüsusən də Çin və İran daxildir.