...

Monzada “McLaren” mexanikləri mövsümün ən sürətli pit-stopunu həyata keçiriblər

İdman Materials 9 Sentyabr 2025 04:13 (UTC +04:00)

Bakı. Trend:

İtaliya Qran-Prisi çərçivəsində Monzada keçirilmiş yarışda mövsümdə üçüncü dəfə ən sürətli pit-stopu “McLaren”in mexanikləri ediblər.

Trend-in məlumatına görə, Oskar Piastrinin maşınında təkərlərin dəyişdirilməsi 1,91 saniyə çəkib. Bu, mövsümün ən yaxşı nəticəsi və “Formula-1” tarixində vaxt göstəricisinə görə 12-ci pit-stopdur.

İkinci ən sürətli pit-stopu “Ferrari” komandası həyata keçirib, belə ki, Şarl Leklerin maşınına texniki xidmət 2,12 saniyə çəkib. Üçüncü yerdə “Racing Bulls” mexaniklərinin pit-stopu qərarlaşıb – 2,18 saniyə. Daha sonra “Ferrari” (2,19), “Red Bull” (2,19 və 2,21), “Racing Bulls” (2,22) və “Alpine” (2,85) gəlir.

Mövsümdə ən yaxşı pit-stopların sayı:

1. “Ferrari” – 9

2. “McLaren” – 3

3. “Kick-Sauber” – 2

= “Red Bull” – 2

2025 mövsümünün ən sürətli on pit-stopu:

1. “McLaren” – 1,91 (İtaliya, Oskar Piastri)

2. “McLaren” – 1,94 (Macarıstan, Lando Norris) = “McLaren” – 1,94 (Macarıstan, Oskar Piastri)

3. “Red Bull” – 1,97 (Macarıstan, Yuki Tsunoda)

4. “Ferrari” – 2,00 (Səudiyyə Ərəbistanı, Şarl Lekler) = “Ferrari” – 2,00 (Monako, Şarl Lekler)

5. “Ferrari” – 2,04 (İmola, Şarl Lekler) = “Ferrari” – 2,04 (Macarıstan, Şarl Lekler)

6. “Ferrari” – 2,05 (Çin, Şarl Lekler)

7. “Red Bull” – 2,06 (Böyük Britaniya, Yuki Tsunoda)

Komandalar üzrə ən yaxşı pit-stoplar:

1. “McLaren” – 1,91 (İtaliya)

2. “Red Bull” – 1,97 (Macarıstan)

3. “Ferrari” – 2,00 (Səudiyyə Ərəbistanı və Monako)

4. “Racing Bulls” – 2,08 (Çin)

5. “Kick-Sauber” – 2,13 (İspaniya)

6. “Alpine” – 2,15 (İspaniya)

7. “Mercedes” – 2,21 (Böyük Britaniya)

8. “Aston Martin” – 2,37 (Macarıstan)

9. “Haas” – 2,49 (Avstraliya)

10. “Williams” – 2,49 (Macarıstan)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti