Bakı. Trend:
Qədim İpək Yolu boyunca əsas mərkəz olan Azərbaycan "Bir kəmər,bir yol" təşəbbüsünün sadiq dəstəkçisi və fəal iştirakçısıdır.
Trend xəbər verir ki, bunu Çinin Çjetszyan Əyalət Xalq Hökumətinin vitse-qubernatoru və Partiya Qrupunun üzvü Ke Jixin Avropa Dəmiryol Ekspres marşrutunun 5 illiyi və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutundan keçən 237-ci qatarın (Yivu – Bakı) qarşılanma mərasimində deyib.
O bildirib ki, qədim dövrlərdən bu günə qədər Bakı Limanının ticarət gəmiləri, İpək Yolunun dəvə zəngləri Çin və Azərbaycan xalqları arasında qarşılıqlı mübadilə və öyrənmə nəticəsində yaranan dərin dostluğun şahidi olublar: "Bir kəmər, bir yol" təşəbbüsünün və Azərbaycanın İpək Yolunun dirçəlişi strategiyasının dərindən inteqrasiyası ilə Azərbaycanın Avrasiya qitəsi ilə birləşdirən yol kəsişməsi kimi yerləşmə üstünlükləri getdikcə daha qabarıq görünür.
Çin-Avropa Dəmiryolu Ekspresi "Bir kəmər, bir yol" təşəbbüsünün birgə tikintisində əlamətdar nailiyyətidir. Son 10 ildə Çjetszyan əyaləti ona böyük əhəmiyyət verib və fəal şəkildə təbliğ edib. Biz Avropa, Mərkəzi Asiya və digər istiqamətlərə 24 müntəzəm marşut açmışıq. Ümumilikdə bu marşrutlar üzrə 14 mindən çox qatar hərəkət edir.
Daşınan malların kateqoriyaları Avrasiya qitəsinin 50-dən çox ölkəsini, 160 şəhərini birləşdirən orjinal elektron məhsullar, mexaniki hissələrdən tutmuş yeni enerji avadanlığı, kənd təsərrüfatı məhsulları və transsərhəd elektron ticarət məhsulları da daxil olmaqla 26 əsas kateqoriyada 50 mindən çox məhsula qədər genişlənmişdir".
Vitse-qubernator vurğulayıb ki, Azərbaycan Trans-Xəzər Beynəlxalq marşrutunun əsas qovşağıdır: "Çin-Avropa yük qatarlarının səmərəliliyinin artırılması, yüklərin alınmasının təşkili və bazarların inkişafı sahəsində dərin əməkdaşlıq və birgə inkişaf yolu ilə bu, bizi Avropa bazarına bağlayan və beynəlxalq ticarət yollarının inkişafına güclü dəstək verən əvəzsiz körpüyə çevrildi.
Biz daha səmərəli kanal şəbəkəsi quracağıq. Bu tədbirdən ümid edirik ki, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin inşasında Azərbaycanla əməkdaşlığı daha da dərinləşdirək, Çin–Avropa yük qatarının infrastruktur və nəqliyyat təşkilini, həmçinin sənaye əməkdaşlığını optimallaşdıraq, dəniz, quru və hava nəqliyyatı ilə hərtərəfli əlaqəni təşviq edək və səmərəli, rəvan beynəlxalq logistikanın birgə təşkili üçün bu fürsətdən istifadə edək".
"Biz birlikdə daha firavan ticarət ekosistemini inkişaf etdirəcəyik. Azərbaycan enerji və kənd təsərrüfatı məhsullarının əsas ixracatçısıdır. Çjetszyan isə rəqəmsal iqtisadiyyat, avadalıq istehsalı, transsərhəd elektron ticarətdə əhəmiyyətli üstünlüklərə malikdir. Hər iki tərəfin bazar tələbləri bir-birini tamamlayır. Biz qatar xidməti ilə ticarət mübadiləsini daha da dərinləşdirmək, sənaye sərmayələrini təşviq etmək və birgə yeni iqtisadi artım sürücülərini yaratamaq üçün bir vasitə kimi istifadə etməyi səbrsizliklə gözləyirik", - deyə Ke Jixin qeyd edib.