Bakı. Trend:
ABŞ-nin Orta Dəhliz üzrə Sertifikatlaşdırılmış Ticarət Missiyasının nümayəndələri ilə görüşdə Azərbaycan -ABŞ strateji tərəfdaşlığının genişləndirilməsinin Dəhliz boyunca ticarət və enerji marşrutlarının şaxələndirilməsi, region ölkələri üçün iqtisadi faydaların artırılmasında önəmini vurğuladıq.
Trend xəbər verir ki, bunu Azərbaycanın İqtisadiyyat Naziri Mikayıl Cabbarov öz rəsmi “X” səhifəsində yazıb.
“Azərbaycanın mühüm nəqliyyat-tranzit mövqeyini, Avropa və Asiyanı birləşdirən Dəhliz vasitəsilə ticarət axınlarını artırmaq məqsədilə həyata keçirdiyi təşəbbüsləri və infrastruktur layihələrini diqqətə çatdırdıq.
ABŞ şirkətlərini ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühitindən yararlanmağa dəvət etdik”, - deyə paylaşımda vurğulanır.