...

Nepalda qanlı toqquşmalardan sonra hökumət sosial şəbəkə qadağasını ləğv edib

Dünya xəbərləri Materials 9 Sentyabr 2025 09:39 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Nepalda azı 19 nəfərin ölümü ilə nəticələnmiş qanlı toqquşmalardan sonra hökumət öncə qəbul etdiyi ölkədə sosial şəbəkələrin qadağan edilməsi haqda qərarı ləğv edib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Ötən gün minlərlə gənclərdən ibarət etirazçılar paytaxt Katmanduda parlament binasına basqın edərək, hökumətdən 26 sosial şəbəkə platforması o cümlədən “Facebook” və “Youtube” qadağasının qaldırılmasını israrla tələb edib.

Ölkənin Kommunikasiya və İnformasiya naziri Prithvi Subba Qurunq mətbuata verdiyi açıqlamada bildirib ki, “Z nəslinin tələblərini yerinə yetirmək” məqsədilə hökumətin keçirdiyi fövqəladə iclazda qadağanın ləğvi ilə bağlı qərar qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti