...

Bratislavanın mərkəzində nəhəng bomba aşkarlanıb

Dünya xəbərləri Materials 9 Sentyabr 2025 12:36 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Slovakiyanın paytaxtı Bratislava şəhərində II Dünya Müharibəsinə aid nəhəng bomba aşkaralanıb.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Şəhərin mərkəzi hissəsində bombanın aşkarlanmasından sonra yaxın çevrədəki bir neçə məhəllədən, o cümlədən, Dunay çayı üzərindən keçən körpüdən insanlar təxliyə olunub. Pik saatda aparılan təhlükəsizlik tədbirləri şəhərdə ictimai nəqliyyatın iflic olmasına səbəb olub.

Ekspertlər 225 kiloqram çəkisində olan bombanı bir neçə saat ərzində zərərsizləşdirməyi planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti