...

Bu gün dünyada hər 10 uşaqdan biri uşaq əməyinə cəlb edilir - Saidhomid Şarifzoda

Cəmiyyət Materials 9 Sentyabr 2025 12:22 (UTC +04:00)
Bu gün dünyada hər 10 uşaqdan biri uşaq əməyinə cəlb edilir - Saidhomid Şarifzoda
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün dünyada hər 10 uşaqdan biri uşaq əməyinə cəlb edilir.

Trend xəbər verir ki, bu sözləri Tacikistan Respublikası Prezidentinin yanında Strateji Araşdırmalar Mərkəzinin Regional Təhlükəsizlik Məsələlərinin Təhlili və Proqnozlaşdırılması Departamentinin rəhbəri Saidhomid Şarifzoda AQEM Beyin Mərkəzləri Forumunun 13-cü toplantısı zamanı çıxış edərkən deyib.

O bildirib ki, bütün təhlillər onu göstərir ki, 52 milyon uşaq hazırda münaqişə zonasında təhsilə, səhiyyəyə çıxışı olmayan ərazilərdə yaşayır.

"Biz öz səylərimizi humanitar səylərə səfərbər etməliyik. Tacikistan da AQEM-in üzvü olaraq hər zaman seçilib. Biz hər zaman ikili standartlara qarşı olmuşuq və hər zaman öz dayanıqlı münasibətimizi təqdim etmişik. Dünyanın müxtəlif ölkələri ilə diplomatik münasibərlər bizim hər zaman prioritetlərimizdən olub".

Onun sözlərinə görə, AQEM öz növbəsində fəaliyyətlərini prioritetləşdirməlidir.

"O, özünün navatorluğu ilə seçilməlidir. AQEM çox möhtəşəm bir platformadır. Sözügedən müxtəlif fəaliyyətlərin AQEM çərçivəsində icra edilməsi onu daha da gücləndirir. Bu daha da böyük inteqrasiyalara mühim töhvə verəcək"- deyə əlavə edib.

Xəbər lenti

Xəbər lenti