...

Orta Dəhliz nəqliyyat istiqamətlərinin mürəkkəb və şaxələndirilmiş şəbəkəsidir - Natiq Baxışov

İqtisadiyyat Materials 9 Sentyabr 2025 15:35 (UTC +04:00)
Orta Dəhliz nəqliyyat istiqamətlərinin mürəkkəb və şaxələndirilmiş şəbəkəsidir - Natiq Baxışov
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Orta Dəhliz mürəkkəb və şaxələndirilmiş marşrutlar, istehsal obyektləri şəbəkəsidir.

Trend xəbər verir ki, bunu Azərbaycan-Amerika Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov Amerika biznes nümayəndə heyətinin Bakı səfərinin yekunlarına dair keçirilmiş brifinqdə söyləyib.

“Bu, artıq sadəcə tranzit marşrutu deyil. Bu, daha mürəkkəb, daha geniş anlayışdır. Hətta “dəhliz” termininin özü belə bir marşrutun ümumi əhəmiyyətini kiçildə bilər. Lakin o, “Orta Dəhliz” kimi tanınır. Bu gün o, daha mürəkkəb və çoxşaxəli boru kəmərləri, istehsal obyektləri şəbəkəsi, gələcəkdə isə fiber-optik kabellərdir. Hər gün dəhlizin bütün sahələrində hakimiyyət orqanları proseslərin harmonizasiyası üçün əllərindən gələni edirlər”, - deyə Baxışov bildirib.

O qeyd edib ki, on il əvvəlki vəziyyətlə müqayisədə, bu gün tamamilə fərqli bir region formalaşıb, beynəlxalq şirkətlərə, o cümlədən, Amerika şirkətlərinə ən müasir obyektlər və xidmətlər təqdim edir.

“Və biz artan marağı görürük, ələlxüsus da Amerika şirkətləri tərəfindən bu bazara çıxışa. Əlbəttə, bu, çoxprofilli, çoxölkəli regiondur. Eyni anda bütün ölkələrlə işləmək asan deyil. Amma hökumət nümayəndələri ilə söhbətlərimizdən əldə etdiyimiz təəssürata görə, onlar önəmi anlayırlar, bütün bu ölkələr proseslərin və prosedurların harmonizasiyasının şirkətlərin xeyrinə, onların bazara asanlıqla çıxması və orada möhkəmlənməsi üçün vacibliyini dərk edirlər”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti