...

İran hökuməti yeni doğulan körpələrə dövlət səhmi ayıracaq

Dünya xəbərləri Materials 9 Sentyabr 2025 14:16 (UTC +04:00)
İran hökuməti yeni doğulan körpələrə dövlət səhmi ayıracaq
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran hökuməti ailə və gənc cəmiyyətə dəstək qanunu çərçivəsində 2021-cil ildən bəri doğulan uşaqlara dövlət səhmi ayıracaq.

Trend-in məlumatına görə, bunu İran hökumətinin sözçüsü Fatimə Mohacerani bu gün Tehranda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 2021-ci ildə doğulan uşaqlar üçün 15 milyon rial (təxminən 26 dollar), 2022-ci ildə doğulan uşaqlar üçün isə 23 milyon rial (təxminən 40 dollar) dəyərində dövlət səhmi nəzərdə tutulub.

Mohacerani bildirib ki, bu səhmlər dövlət fondlarının satıla bilən səhmləridir. Bunun üçün lazımi maliyyə ehtiyatları nəzərdə tutulub.

Hökumət rəsmisi əlavə edib ki, qeyd olunan tarixdən yeni doğulan uşaqların qeydiyyatdan keçməyən valideynlərindən 681 min nəfəri indiyədək qeydiyyatdan keçib. Bu səhmlərin ayrılması prosesi başlanacaq.

Qeyd edək ki, sözügedən səhm İranda “Ədalət Səhmləri” adlandırılır. Bu səhmlər hökumətin kooperasiya şirkətləri tərəfindən az təminatlı ailələrə ayırdığı səhmlərdir. Müəyyən olunan hökumət səhmlərinin bir hissəsi “Ədalət Səhmləri” ilə aztəminatlı ailələrə satılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti