...

Sülhün və təhlükəsizliyin ASEAN və AQEM çərçivəsində təşviqi vacibdir - Kambocalı ekspert

Cəmiyyət Materials 9 Sentyabr 2025 12:53 (UTC +04:00)
Sülhün və təhlükəsizliyin ASEAN və AQEM çərçivəsində təşviqi vacibdir - Kambocalı ekspert
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) təhlükəsizlik arxitekturasını və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) prinsiplərini nəzərə almaqla sülhün, təhlükəsizliyin və birgə inkişafın necə təşviq edilə biləcəyini müəyyənləşdirmək vacibdir.

Trend xəbər verir ki, bunu Kambocanın Asiya Perspektivləri İnstitutunun prezidenti Çen Kimlonq “İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə” adı altında keçirilən AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasında çıxışı zamanı deyib.

“‘Qonşuluq’ diplomatiyasını inkişaf etdirmək lazımdır- ölkələr arasında etimadın gücləndirilməsinə yönəlmiş, regional və insanlara əsaslanan diplomatiyanı. Belə diplomatiya fəal olmalı və siyasi ideologiyalardakı fərqləri kənara qoymalıdır”, - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti