...

Dələduzluqda ittiham olunan şirkət direktorunun cəzası azaldılıb

Hadisə Materials 9 Sentyabr 2025 16:25 (UTC +04:00)
Dələduzluqda ittiham olunan şirkət direktorunun cəzası azaldılıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Dələduzluq etməkdə təqsirləndirilən "AZ İNTEKST” MMC-nin direktoru Ruhəddin Cabbarov, işçiləri Sənan Quliyev və Telman Fətəliyevin barəsində olan hökmdən verdiyi apellyasiya şikayəti üzrə sonuncu məhkəmə iclası keçirilib.

Trend xəbər veri ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar qəbul olunub.

Qərar əsasən, təqsirləndirilən Ruhəddin Cabbarovun cəzası 1 il endirilərək 2 ilə, Telman Fətəliyevin və Sənan Quliyevin cəzası isə 6 ay endirilərək Telman Fətəliyevin cəzası 6 ilə, Sənan Quliyevin cəzası isə 7 il 4 aya endirilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər vətəndaşları evlərini təmir etmək adı ilə aldadıb, onların külli miqdarda pullarını ələ keçirməkdə ittiham olunurlar.

Onlara Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ititham elan edilib. Cinayət işi üzrə 28 nəfər zərərçəkmiş qismində tanınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti