...

Nazirin hərbi rütbəni aşağı salmaq səlahiyyəti olmalıdır - Şahin Məmmədov

Cəmiyyət Materials 9 Sentyabr 2025 16:04 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Hərbi rütbə vermək səlahiyyəti olan vəzifəli şəxsin hərbi rütbəni aşağı salmaq səlahiyyəti də olmalıdır.

Trend xəbər verir ki, bunu daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədov Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında çıxışı zamanı deyib.

General-leytenant bildirib ki, qanun layihəsində daxili işlər nazirinin səlahiyyətlərində daxili qoşunların hərbi qulluqçularına hərbi rütbələr verilməsi nəzərdə tutulub.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda həmin vəzifələrin aşağı salınması da müəyyən olunub. Daxili işlər nazirinə “Daxili qoşunlar haqqında” yeni qanun layihəsində polkovnik hərbi rütbəsindən başlayaraq aşağı rütbəli zabitlərin rütbələrini bir pillə aşağı salmaq səlahiyyəti verilməlidir”, - deyə o qeyd edib.

Nazir müavini əlavə edib ki, daxili qoşunların komandanı mayor rütbəsi daxil olmaqla hərbi rütbələr verə bilir.

"Təklifim kapitan hərbi rütbəsindən başlayaraq aşağı hərbi rütbəli zabitlərin rütbələrinin bir pillə aşağı salınması səlahiyyətinin təsbit edilməsidir. Mövcud qnaunvericilikdə müdafiə nazirinin müavinlərinə də eyni səlahiyyət verilib. Uyğunlaşdırılmanın aparılması daha doğru olardı", - deyə Şahin Məmmədov fikrini tamamlayıb.

Xəbər lenti

Xəbər lenti