...

Nepalda bütün hava limanları fəaliyyətini dayandırdı

Dünya xəbərləri Materials 9 Sentyabr 2025 20:12 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Nepalda bütün hava limanları fəaliyyətini dayandırıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, hava limanları sentyabrın 11-i ən azı saat 00:00-a qədər bağlı olacaq.

Qeyd edək ki, Nepalda sosial şəbəkələrə qoyulan qadağalardan sonra ölkədə kütləvi etiraz aksiyaları başlayıb.

Əsas olaraq gənclərin iştirak etdiyi etirazlar zamanı baş verən qarşıdurmalarda 22 nəfər ölüb, 500-dən çox insan isə yaralanıb.

Bununla belə, bu gün paytaxtda parlament binasının önündə hökumətin istefası tələbi ilə yenidən aksiya təşkil edilib. Etirazçılar ölkə prezidenti Ramçandra Paudelin iqamətgahına, eləcə də parlamentin binasına basqın edərək yandırıblar.

Xəbər lenti

Xəbər lenti