Bakı. Trend:
Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində keçirilən “Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi” mövzusunda xüsusi iclas başa çatıb.
Trend xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova səmərəli iş üçün deputatlara təşəkkür edib.
Spiker daha sonra Milli Məclisin növbədənkənar sessiyasını bağlı elan edib.
xxx
11:00
Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində “Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi” mövzusunda xüsusi iclası öz işinə başlayıb.
Trend xəbər verir ki, Konstitusiyanın 88-ci maddəsinin 2-ci hissəsinə əsasən, Milli Məclisin deputatları parlamentin növbədənkənar sessiyasının çağırılması barədə spiker Sahibə Qafarovaya müraciət ediblər.
Sədr Sahibə Qafarova müraciəti nəzərə alaraq Milli Məclisin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, növbədənkənar sessiya çərçivəsində “Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi” mövzusunda Milli Məclisin xüsusi iclası keçirilir.