...

Çindən Azərbaycana yola düşən qatar Bakıya çatıb (FOTO) (YENİLƏNİB)

İqtisadiyyat Materials 9 Sentyabr 2025 10:30 (UTC +04:00)
Çindən Azərbaycana yola düşən qatar Bakıya çatıb (FOTO) (YENİLƏNİB)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Çindən Azərbaycana yola düşən qatar Bakıya çatıb.

Trend xəbər verir ki, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutundan keçən 237-ci qatar Çinin Yivu şəhərindən yola düşmüşdü.

10:30

xxx

Bu gün Abşeron Logistika Mərkəzində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) üzrə Çin (Çjetszyan) – Avropa Dəmiryol Ekspres marşrutunun 5 illiyi və Yivu (Çin) – Bakı (Azərbaycan) qatarının qarşılanmasına həsr edilmiş tədbir keçirilib.

Trend xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) rəsmilərinin də iştirak etdiyi tədbir çərçivəsində Çin (Çjetszyan) – Avropa Dəmiryol Ekspres marşrutu üzrə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutundan keçən sayca 237-ci blok-qatar qarşılanıb.

TBNM üzrə Yivu–Bakı qatarı ilə gətirilmiş konteyner yüklərin Azərbaycan üzərindən Türkiyə və Avropa bazarlarına göndərilməsi təmin ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti