...

Daxili qoşunların maddi-texniki təminatının hüquqi əsası yaradılır

Cəmiyyət Materials 9 Sentyabr 2025 15:01 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Daxili qoşunların maddi-texniki təminatının hüquqi əsası yaradılacaq.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, daxili qoşunların maddi-texniki vasitələrlə təmin edilməsi qaydası “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Qanuna uyğun olaraq tənzimlənəcək.

Daxili qoşunların silahı, döyüş texnikası və xüsusi texnikası bağlanılmış müqavilələr əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəssisələrində təmir edilə biləcək.

Aşağıdakı abzasda nəzərdə tutulan hallar istisna olmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qayda və normalara uyğun olaraq daxili qoşunların yerləşdirilməsi üçün obyektlərin, mühəndis-texniki qurğuların tikilməsi (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi xüsusiyyətlər nəzərə alınmaqla), onların maddi ehtiyatlarla təmin edilməsi, habelə təmiri, yenidən qurulması, onlara xidmət göstərilməsi və istismarının təmin edilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qayda və normalara uyğun olaraq obyektlərin mühafizəsi ilə əlaqədar daxili qoşunların yerləşdirilməsi üçün obyektlərin, mühəndis-texniki qurğuların tikilməsi (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi xüsusiyyətlər nəzərə alınmaqla), onların maddi ehtiyatlarla təmin edilməsi, habelə bu obyektlərdə daxili qoşunların yerləşdirilməsi nəzərdə tutulan hərbi şəhərciklərin, binaların və digər tikililərin və qurğuların təmiri, yenidən qurulması, onlara xidmət göstərilməsi və istismarının təmin edilməsi həmin obyektin balansında olduğu qurumun vəsaiti hesabına həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti