...

Azərbaycanın AQEM-ə sədrliyi forumun gələcəyinə mühüm töhfə vermiş olacaq - Kayrat Sarıbay

Siyasət Materials 9 Sentyabr 2025 12:26 (UTC +04:00)
Azərbaycanın AQEM-ə sədrliyi forumun gələcəyinə mühüm töhfə vermiş olacaq - Kayrat Sarıbay
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyi forumun gələcəyinin formalaşmasına mühüm töhfə verəcək.

Trend xəbər verir ki, bunu AQEM baş katibi Kayrat Sarıbay “İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə” adı altında keçirilən AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyası çərçivəsində jurnalistlərə verdiyi açıqlamada bildirib.

“Qarşılıqlı etibar olmadan təhlükəsizliyi təmin etmək mümkün deyil. AQEM-in əsas missiyası da məhz üzv dövlətlər arasında etimadı möhkəmləndirmək, onu etimad tədbirləri, praktiki addımlar və yerli səviyyədə həyata keçirilən təşəbbüslər vasitəsilə inkişaf etdirməkdən ibarətdir. Bu prosesdə gənclərin, qadınların və biznes təmsilçilərinin iştirakı xüsusi əhəmiyyət daşıyır”, - deyə o bildirib.

Bununla yanaşı, səmərəli institusional baza da zəruridir. Məhz buna görə AQEM tamhüquqlu beynəlxalq təşkilata çevrilmək üçün transformasiya prosesindən keçir. Əminəm ki, Azərbaycanın sədrlik fəaliyyəti AQEM-in gələcəyinə mühüm töhfə verəcək”, - deyə o bildirib.

Sarıbay qeyd edib ki, AQEM Asiyanın vahid hərtərəfli təhlükəsizlik təşkilatıdır və o, beş qarşılıqlı fəaliyyət istiqamətini əhatə edir: hərbi-siyasi ölçü, yeni çağırışlar və təhdidlər ölçüsü, iqtisadi, ekoloji və humanitar ölçülər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti