...

Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyində maliyyə nöqsanları aşkarlanıb

İqtisadiyyat Materials 9 Sentyabr 2025 17:45 (UTC +04:00)
Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyində maliyyə nöqsanları aşkarlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Hesablama Palatası tərəfindən 2023–2024-cü illərdə Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi"nin maliyyə vəsaitlərinin istifadəsi audit olunub və bir sıra ciddi nöqsanlar aşkarlanıb.

Trend quruma istinadən xəbər verir ki, 2022-ci ildə illik smetaya qarşı 93% həcmində faktiki xərc icra edilsə də, 2023-cü il üçün əvvəlki ilin icrasından 210% artıq pqroqnoz layihəsi təqdim edilib.

Məlumata görə, müvafiq olaraq 880 451 manat həcmində smetaya qarşı 381 707 manat, yəni 43,32% xərc icra edilib.

Bildirilib ki, 2023-cü ildə qurum tərəfindən təsdiq edilmiş smetaya qarşı 43,32% həcmində faktiki icra olsa da, 2024-cü il üçün əvvəlki ilin faktiki icrasından 35,12% artıq pqroqnoz layihəsi tərtib edilib. Proqnoz layihəsinə müvafiq olaraq 2024-cü ildə 515 763 manat həcmində smeta müəyyən edilmiş və 367 199,39 manat, yəni 71,2 % faktiki xərc edilmişdir ki,bu da 2023-cü ilin icrasından 4,35% az deməkdir.

2 ədəd sərnişin avtobusunun Agentliyin balansından silinməsi zamanı metal qəbulu məntəqəsinə 20.03.2023-cü il tarixdə çəkisi 6 ton olmaqla təhvil verilmiş, lakin 26.02.2025-ci il tarixədək qurumun hesabına vəsait daxil olmamışdır. İxtisaslaşdırılmış internet resurslarında 1 ton dəmirin qiyməti həmin dövr üçün orta hesabla 370 manat olduğu müəyyən edilmişdir ki, orta hesabla 2220,0 manat vəsait yayındırılmış, audit prosesində nöqsan aşkar edildikdən sonra vəsaitin 602,0 manatı Agentliyin hesabına bərpa edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti