...

Dövlət satınalmalarının ÜDM-yə nisbəti 1,8 faiz bəndi artıb

İqtisadiyyat Materials 9 Sentyabr 2025 17:58 (UTC +04:00)
Dövlət satınalmalarının ÜDM-yə nisbəti 1,8 faiz bəndi artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Azərbaycanda ÜDM-in, həmçinin, dövlət büdcəsinin xərclərinin artması fonunda dövlət satınalmalarına cəlb olunmuş vəsaitin həcmində artım müşahidə edilib, əvvəlki illə müqayisədə satınalma məbləğinin ÜDM-ə nisbət göstəricisi 1,8 faiz bəndi, xərclərə nisbəti isə 5,3 faiz bəndi artmaqla, müvafiq olaraq 7,8% və 26,1% təşkil edib.

Bu barədə Trend Hesablama Palatasına istinadən xəbər verir.

Bildirilib ki, ölkədə bu sahədə baş verən əsas dəyişikliklərdən biri “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada qüvvəyə minməsi olub:

"Bu dəyişiklik həm dövlət satınalmalarının məbləğinə, həm də metodologiyasına əhəmiyyətli təsir göstərib. Yeni qanunvericilik çərçivəsi satınalmaların maliyyə vəsaiti hesabına həyata keçirilməsini nəzərdə tutur ki, bu da Qanunun əhatə dairəsinin genişlənməsinə imkan yaradıb".

"Bundan əlavə, əvvəlki qanunda satınalmalardan istisna edilə bilən məbləğlər yeni qanunla əhatə dairəsinə daxil edilmişdir ki, bu da həm say, həm də məbləğ baxımından satınalmaların artmasına səbəb olub.

2024-cü ildə ölkə üzrə 19602 satınalma proseduru baş tutub ki, bu da 2023-cü illə müqayisədə 57%, 2022-ci illə müqayisədə isə 62% artım deməkdir. Satınalmaların ümumi məbləği isə 9845 mln. manat təşkil edib ki, bu da müvafiq olaraq 30,5% və 45,2% artımı göstərir", - deyə məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti