...

Vyetnamlı ekspert ASEAN və AQEM-in ölkələr arasında dayanıqlı əlaqələrin qurulmasında oynadığı roldan danışıb

Cəmiyyət Materials 9 Sentyabr 2025 16:11 (UTC +04:00)
Vyetnamlı ekspert ASEAN və AQEM-in ölkələr arasında dayanıqlı əlaqələrin qurulmasında oynadığı roldan danışıb
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəsi (AQEM) kimi mexanizmlər ölkələr arasında dayanıqlı əlaqələrin qurulmasına vəsilə olur.

Trend xəbər verir ki, bu haqda Vyetnam Diplomatiya Akademiyasının Təhlükəsizlik və İnkişaf üzrə Araşdırmalar Mərkəzinin direktoru vəzifələrini icra edən Tu An Tuan (Tu Anh Tuan) “İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə” adı altında keçirilən AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasında çıxışı zamanı danışıb.

“Görürük ki, bir çox ölkələr çağırışların öhdəsindən gəlmək üçün birləşməyə can atır. ASEAN, AQEM və digər regional formatlar kimi mexanizmlər qarşılıqlı etimadı gücləndirməyə, gərginliyi azaltmağa və iqtisadiyyatlar arasında davamlı əlaqələr qurmağa qadirdir”, - o qeyd edib.

Tu An Tuan vətəndaş cəmiyyətinin və beynəlxalq institutların artan rolunu vurğulayıb.

Onun sözlərinə görə, dayanıqlı inkişaf, iqlim dəyişikliyi və sosial ədalət məsələlərinə getdikcə daha çox diqqət ayrılır. Məhz qlobal təşkilatlar və qeyri-hökumət aktorları ümumi rifaha yönəlmiş gündəmi formalaşdırır.

O bildirib ki, sabit inkişaf və çağırışların dəf edilməsi üçün dövlətlər arasında etimadı bərpa etmək vacibdir.

Onun sözlərinə görə, dövlətlər, bazarlar və cəmiyyətlər arasında etimad olmadan nə təhlükəsizliyi, nə də rifahı təmin etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti