...

Vaşinqtonda imzalanan sənədlər Azərbaycan-ABŞ əlaqələri üçün böyük perspektivlər açır – Vüqar Bayramov

Siyasət Materials 9 Sentyabr 2025 12:35 (UTC +04:00)
Vaşinqtonda imzalanan sənədlər Azərbaycan-ABŞ əlaqələri üçün böyük perspektivlər açır – Vüqar Bayramov
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Vaşinqtonda imzalanan sənədlər Azərbaycan-ABŞ əlaqələri üçün böyük perspektivlər açır. Siyasi və strateji əməkdaşlıq ilə yanaşı, Azərbaycan-ABŞ münasibətləri enerji, ticarət və tranzitin də daxil olduğu regional bağlantılar və süni intelekt və rəqəmsal infrasturukturun da daxil olduğu iqtisadi sərmayə istiqamətində də inkişaf etdiriləcək.

Trend xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin növbədənkənar sessiyası çərçivəsində keçirilən “Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi” mövzusunda xüsusi iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, enerji sahəsində əməkdaşlıq ABŞ mütəffiqlərinin Azərbaycan qazı hesabına öz enerji təhlükəsizliyini daha da gücləndirməsinə imkan yaradacaq. 14 ölkəyə mavi qaz nəql edən Azərbaycan ABŞ-ın Avropadakı tərəfdaşlarının enerji təhlükəsizliyinin güclənməsinə xüsusi töhvə verir:

“ABŞ ilə strateji əməkdaşlıq qeyri-neft sektoruna daha çox texnologiya və innovasiyaların cəlb edilməsinə imkan yaradacaq. Bu Azərbaycanda iqtisadi diversifikasiya ilə bağlı hədəflərin reallaşmasına dəstək olacaq. Bu kontekstdən, ABŞ-Azərbaycan strateji tərəfdaşlığı ABŞ texnologiyasının və sərmayəsinin ölkəmizə gəlməsi, ABŞ-ın iqtisadi fəallığı deməkdir”.

Millət vəkili xatırladıb ki, Böyük Zəfərdən keçən müddətdə Qarabağ və Şərqi Zəngəzurun bərpasına 22 milyard manat vəsait ayrılıb.

“Azərbaycan işğaldan azad olunan ərazilərimizi öz daxili maliyyə resurslarına bərpa edir və yenidən qurur. Yalnız 2025-ci ilin dövlət büdcəsindən Qarabağın bərpasına 4 milyard manata yaxın vəsaitin ayrılması nəzərdə tutulur. 2026-cı ilin sonunadək həmin ərazilərimizdə 140 min vətəndaşımız məskunlaşacaq.

Azərbaycan 134 milyard dollarlıq ÜDM-ə malik olan Cənubi Qafqaz iqtisadiyyatını 60 faizə yaxınını formalaşdırır. Prezident İlham Əliyevin rəhbərliyi ölkəmizin iqtisadi gücü daha artmaqdadır. Azərbaycan dünyada yeganə ölkələrdəndir ki, xarici valyuta ehtiyatları ÜDM-nin həcmini üstələyir. Bu Azərbaycan üçün iqtisadi təhlükəsizlik yastığının formalaşdığından xəbər verir. 78 milyard dollarlıq xarici valyuta ehtiyatlarımız xarici borcumuzu 16 dəfə üstəliyir. Bu məhz Azərbaycanın əldə etdiyi iqtisadi uğurların təzahürüdür”, - deyə V.Bayramov qeyd edib.

Xəbər lenti

Xəbər lenti