Bakı. Trend:
“Səbail” PFK 2025/2026 mövsümü üçün heyətini yeni oyunçu ilə gücləndirib.
Trend-in məlumatına görə, bu barədə klubun mətbuat xidməti açıqlama yayıb.
Klub İsrailin “Hapoel Umm Al-Fahm” komandasında çıxış etmiş, 20 yaşlı qanalı cinah yarımmüdafiəçisi Yakubu Mustafa ilə 1+1 illik müqavilə bağlayıb.
Xatırladaq ki, “Səbail” hazırda I Liqada çıxış edir.