...

Fici və Vanuatu yaxınlığında 6,2 bal gücündə zəlzələ olub

Dünya xəbərləri Materials 9 Sentyabr 2025 06:07 (UTC +04:00)
Fici və Vanuatu yaxınlığında 6,2 bal gücündə zəlzələ olub

Bakı. Trend:

Sakit okeanda Ficinin paytaxtı Suvadan 597 km cənub-qərbdə 6,2 bal gücündə zəlzələ qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə Rusiya Geofizika Xidmətinin Altay-Sayan filialı bildirib.

Məlumata əsasən, zəlzələnin episentri Vanuatu ada dövlətinin bir hissəsi olan Tannu adasından təxminən 471 km aralıda olub.

Episentrdə zəlzələnin intensivliyinə əsasən, zəlzələ “dağıdıcı” kimi qiymətləndirilir.

ABŞ Geoloji Xidməti isə öz növbəsində zəlzələnin maqnitudasını 6,4 bal gücündə qiymətləndirib. Onun məlumatına görə, zəlzələnin ocağı 10 km dərinlikdə olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti