...

Milli Məclis Vaşinqtonda əldə edilən razılaşmalarla bağlı qərar qəbul edib

Siyasət Materials 9 Sentyabr 2025 13:35 (UTC +04:00)
Milli Məclis Vaşinqtonda əldə edilən razılaşmalarla bağlı qərar qəbul edib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Müzakirə zamanı çıxışlarda dərin fikirlər səsləndi, dövlət başçısının həyata keçirdiyi siyasətlə bağlı qürur və Azərbaycanın xoşbəxt gələcəyinə əminlik ifadə olundu.

Trend xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin növbədənkənar sessiyası çərçivəsində keçirilən “Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi” mövzusunda xüsusi iclasın sonunda çıxışı zamanı deyib.

Spiker vurğulayıb ki, Vaşinqton razılaşmaları ölkəmizin həyatında yeni səhifə açıb:

“Prezident İlham Əliyevin sayəsində Azərbaycan nəinki milli maraqlarını müdafiə edib, həm də regionda yeni geosiyasi reallıqlar yaradıb. Azərbaycan yenə də göstərdi ki, həm döyüş meydanında qələbə qazanmağa, həm də danışıqlar masası arxasında ədaləti bərqərar etməyə qadirdir.

Bütün bu uğurlara görə biz Prezident İlham Əliyevə bir daha minnətdarlığımızı bildirərək ölkəmizi yeni qələbələrə aparmaq naminə dəyərli fəaliyyətində ona böyük uğurlar arzulayırıq”.

Daha sonra müzakirə edilən məsələ səsə qoyulub və yekdilliklə protokol qaydasında qərar qəbul edilib.

Xəbər lenti

Xəbər lenti