Bakı. Trend:
Sentyabrın 9-da BMT Baş Assambleyasının (BA) növbəti, 80-ci sessiyası işə başlayacaq.
Trend-in məlumatına görə, bu gün BMT Baş Assambleyasının 79-cu sessiyasının sonuncu iclası Filemon Yanqın sədrliyi ilə keçiriləcək və o öz səlahiyyətlərini Baş Assambleyanın 80-ci sessiyasının prezidenti, əvvəllər Almaniya Xarici İşlər Nazirliyinə rəhbərlik etmiş Annalena Baerboka təhvil verəcək.
Yeni sessiyanın əsas hadisəsinin sentyabrın 23-dən 27-dək, eləcə də sentyabrın 29-da keçiriləcək yüksək səviyyəli həftə çərçivəsində ümumi siyasət debatları olacağı gözlənilir. Bu müddət ərzində ümumilikdə 195 nümayəndə heyətinin çıxış edəcəyi gözlənilir.