...

AQEM vahid ümumavrasiya mexanizminin yaradılmasında hərəkətverici qüvvəyə çevrilə bilər - Tədqiqat mərkəzinin rəhbəri

Cəmiyyət Materials 9 Sentyabr 2025 12:34 (UTC +04:00)
AQEM vahid ümumavrasiya mexanizminin yaradılmasında hərəkətverici qüvvəyə çevrilə bilər - Tədqiqat mərkəzinin rəhbəri
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) vahid ümumavrasiya mexanizminin yaradılmasında hərəkətverici qüvvəyə çevrilə bilər.

Trend xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının Çin və Müasir Asiya İnstitutunun direktoru, AQEM Milli Tədqiqat Mərkəzinin rəhbəri Kiril Babayev “İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə” adı altında keçirilən AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, AQEM vahid Avrasiya məkanının formalaşdırılması prosesinin əsas hərəkətverici qüvvələrindən birinə çevrilə bilər, ilk növbədə, nəqliyyat və ticarət, iqtisadiyyatın rəqəmsallaşdırılması, texnoloji tərəfdaşlıq və texnoloji transformasiya kimi istiqamətlərdə.

Bundan əlavə, o, humanitar əməkdaşlıqda, qadın təşkilatlarının, eləcə də, təhsil və elm sahəsində fəaliyyət göstərən qurumların qarşılıqlı əlaqəsində AQEM-in əhəmiyyətini vurğulayıb.

“AQEM artıq bu istiqamətlər üzrə Asiya qitəsinin, demək olar ki, 90 faizini birləşdirir və beynəlxalq təşkilatlarla birlikdə ümumavrasiya mexanizminin yaradılmasına təkanverici qüvvə ola bilər”, - deyə o bildirib.

K.Babaev qeyd edib ki, bütün Avrasiya məkanının birləşdirilməsi və böyük və kiçik ölkələrin, bütün oyunçuların maraqlarını nəzərə alan ümumi tərəfdaşlığın yaradılması ideyası, qlobal idarəetmə sistemində bu gün çox vaxt lazımınca dəyərləndirilməyən prinsiplərə əsaslanmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti