...

Çin-Avropa Dəmiryol Ekspres marşrutu ilə indiyədək 19 470 TEU konteyner yük daşınıb

İqtisadiyyat Materials 9 Sentyabr 2025 15:24 (UTC +04:00)
Çin-Avropa Dəmiryol Ekspres marşrutu ilə indiyədək 19 470 TEU konteyner yük daşınıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Çin (Çjetszyan) – Avropa Dəmiryol Ekspres marşrutu ilə 2020-ci ildən indiyə qədər ümumilikdə 14 mindən çox qatar fəaliyyət göstərib və 19 470 TEU konteyner həcmində yük göndərilib.

Bu barədə Trend “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir.

Bildirilib ki, bu ilin yanvar-avqust aylarında göndərilmiş yükün həcmi 4182 TEU konteynerə bərabər olub.

Qeyd edək ki Çin (Çjetszyan) – Avropa Dəmiryol Ekspres marşrutu ümumilikdə 50-dən çox ölkə, 160-dan çox şəhər və regiondan, Xəzər dənizi və Qara dənizdən, həmçinin, 26 beynəlxalq nəqliyyat xəttindən keçir. Bu marşrutun çoxsaylı istiqamət və məntəqələri əhatə etməsi əməliyyatların sabitləşdirilməsinə, marşrutlar üzrə yüklənmənin qarşısının alınmasına töhfə verir.

Eyni zamanda, blok-qatarların yük növlərinə dəqiq uyğunlaşdırılması nəticəsində ticarət axınının səmərəliliyi yüksəlir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti