...

Zəngəzur dəhlizinin açılması, Azərbaycan və qonşu ölkələr üçün strateji əhəmiyyət kəsb edir - Azər Qarayev

Siyasət Materials 9 Sentyabr 2025 15:01 (UTC +04:00)
Zəngəzur dəhlizinin açılması, Azərbaycan və qonşu ölkələr üçün strateji əhəmiyyət kəsb edir - Azər Qarayev
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Zəngəzur dəhlizinin açılması, Azərbaycan və qonşu ölkələr üçün strateji, iqtisadi və geosiyasi baxımdan mühüm əhəmiyyət kəsb edir.

Bu sözləri Trend-ə politoloq Azər Qarayev bildirib.

O bildirib ki, Bu dəhliz, Cənubi Qafqazın nəqliyyat və enerji infrastrukturunun inkişafına, regional əməkdaşlığın güclənməsinə və dayanıqlı sülhün təmin olunmasına töhfə verəcəkdir.

"Zəngəzur dəhlizinin istifadəyə verilməsi, Azərbaycanın beynəlxalq ticarət əlaqələrini genişləndirəcək. Bu, xüsusilə Orta Asiya, Türkiyə və Avropa ilə iqtisadi əlaqələrin inkişafına imkan yaradacaq. Azərbaycan, bu marşrut vasitəsilə öz ixracını artıraraq yeni bazarlara çıxış əldə edəcəkdir. Dəhlizin açılması, Azərbaycanın enerji və nəqliyyat infrastrukturunun inkişafına təkan verəcəkdir. Bu, ölkənin enerji ixracını artıraraq regional enerji təhlükəsizliyinə töhfə verəcəkdir."

A.Qarayev qeyd edib ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi, regionda dayanıqlı sülhün təmin olunmasına kömək edəcəkdir.

"Kommunikasiya xətlərinin bərpası, qarşılıqlı etimadın artmasına və regional əməkdaşlığın güclənməsinə səbəb olacaqdır. Azərbaycan Zəngəzur dəhlizi vasitəsilə əsas regional tranzit ölkəsinə çevrilir. Bu, ölkənin yükdaşıma imkanlarını artırır, nəqliyyat sektorunda yeni investisiyaların gəlməsinə səbəb olur və gəlir mənbələrini genişləndirir.Yükdaşımaların artması ilə gömrük və nəqliyyat xərclərindən əldə olunan gəlirlər əhəmiyyətli dərəcədə yüksələcək.Yüksək texnologiyalı nəqliyyat və logistika infrastrukturu ilə bağlı yeni müəssisələr yaranacaq."

Politoloq bildirib ki, Zəngəzur dəhlizi Azərbaycan mallarının, xüsusilə kənd təsərrüfatı, sənaye və enerji məhsullarının yeni bazarlara çıxışını asanlaşdırır.

"Türkiyə və Orta Asiya ilə birbaşa əlaqə ixracatçıların məhsullarını daha sürətli və ucuz göndərməsinə imkan verir.Logistika xərclərinin azalması və marşrutun qısalması məhsulların rəqabətliliyini yüksəldir. Modern nəqliyyat xətləri həm yük, həm də sərnişin daşımalarını asanlaşdıracaq. Beynəlxalq və regional layihələrə sərmayə yatırımları artır, iş yerləri yaradılır. Zəngəzur dəhlizi Azərbaycanı Cənubi Qafqaz, Türkiyə, Orta Asiya və Avropa ölkələri ilə daha sıx iqtisadi əlaqələrə gətirir.Birgə layihələr, ticarət dövriyyəsi və sərmayə yatırımları üçün şərait yaranır.Azərbaycanın iqtisadiyyatı daha çox bazarlarla əlaqələndirilir, ixrac potensialı artır."

A.Qarayev bildirib ki, Zəngəzur dəhlizi Azərbaycanın Cənubi Qafqaz regionunda strateji mövqeyini gücləndirir.

"Bu, ölkənin regional siyasətdə əsas oyunçu kimi çıxış etməsinə imkan verir. Dəhliz vasitəsilə Azərbaycan Avropa və Asiya arasında körpü rolunu oynayır.Yeni nəqliyyat marşrutu üzərindən ölkənin diplomatik və iqtisadi təsiri artır. Dəhliz ölkəyə geniş regional diplomatik imkanlar açır.Azərbaycanın mövqeyi beynəlxalq layihələrdə güclənir. Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyinin möhkəmləndirilməsi təmin edilir", - deyə o qeyd edib.


Məqalədə:
Xəbər lenti

Xəbər lenti