...

Nepalda 1500 məhbus həbsxanadan qaçıb

Dünya xəbərləri Materials 9 Sentyabr 2025 18:49 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Nepalın Latitpur şəhərindəki həbsxanasından 1500 məhbus qaçıb.

Trend xəbər verir ki, Nepal mediasında yayılan məlumata görə, həbsxanadakı bütün məhbuslar mühafizəçilər postlarını tərk etdikdən sonra qaçıblar.

Ötən həftənin sonunda Nepal hakimiyyətinin ölkədə sosial şəbəkələrə məhdudiyyətlər qoyması səbəbindən gənclərin kütləvi etirazları başlayıb. Daha sonra hökumət sosial şəbəkələrə qoyulan qadağanı aradan qaldırsa da, etirazlar dayanmayıb və iğtişaşlara çevrilib. Son məlumatlara görə, iğtişaşlar nəticəsində həlak olanların sayı 22 nəfərə çatıb.

Nepal Prezidenti Ram Çandra Paudel, ondan əvvəl isə Baş nazir Kxadha Prasad Şarma Oli istefa verib. Hərbçilər onları paytaxt Katmandudan təxliyə ediblər.

Xəbər lenti

Xəbər lenti