Bakı. Trend:
Kişi basketbolçular arasında Avropa çempionatında ilk yarımfinalçılar bəlli olub.
Trend xəbər verir ki, 1/4 final mərhələsində Polşa yığmasına hesabı 91:77 hesabı ilə qalib gələn Türkiyə millisi adını növbəti raunda yazdırıb.
1/4 final mərhələsinin bu gün keçiriləcək digər oyununda Litva Yunanıstanla üz-üzə gələcək. Matç Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Qeyd edək ki, yarımfinal matçları sentyabrın 12-də təşkil olunacaq. Avropa çempionunu müəyyənləşdirəcək final və üçüncülük görüşləri sentyabrın 14-də baş tutacaq.